GDU tələbələri tarixi məkanları ziyarət ediblər

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və onun nəzdində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “Mədəni irsini qoru” layihəsi növbəti dəfə Gəncə şəhərində baş tutmuşdur.

Layihə çərçivəsində Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının bir qrup aktiv tələbəsinin də iştirakı ilə Gəncə şəhərində yerləşən Çökəkhamam, Karvansaray, Şah Abbas Məscidi, Cavad Xanın türbəsi kimi tarixi məkanlar ziyarət edilmiş və tələbələrə yerindəcə tarixi faktlar, məlumatlar çatdırılmışdır.