GDU TƏLƏBƏLƏRİ istehsalat təcrübəsində
Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin Kimya və Kimya mühəndisliyi ixtisaslarının Ⅳ kurs tələbələri “DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavod kompleksində istehsalat təcrübəsində iştirak edirlər.
İstehsalat təcrübəsi Kimya kafedrasının müdiri Aynur Məmmədovanın, eləcə də baş müəllim Fəridə Məmmədova və Vüqarə Əliyevanın rəhbərliyi ilə keçirilir.
Burada tələbələrə müəssisənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilir. Gənclər zavodda alüminium və onun ərintilərinin istehsalı, emalı və müxtəlif sənaye sahələrində istifadə üçün hazırlanması prosesi ilə tanış olurlar.
GDU-nun tələbələri Elektroliz, eləcə də Metal tökmə və fasiləsiz yayma zavodlarında da istehsalat təcrübəsində iştirak edirlər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





