“Gender əsaslı zorakılığa məruz qalan şəxslərin sosial işin təşkili”nə dair təlim keçirilmişdir

Gəncə Dövlət Universitetinin Sosial iş və psixologiya fakültəsinin tələbələrinə “Gender əsaslı zorakılığa məruz qalan şəxslərin sosial işin təşkili”nə dair təlim keçirilmişdir.

Tədbiri  Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevə açıqdan sonra Azərbaycan Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

  Prorektor Gülsüm Fətəliyeva qeyd etmişdir ki, ölkə prezidenti İlham Əliyev tərəfindən gender bərabərliyinin təminatına dair qəbul edilən qanunlar qadınların cəmiyyətin bütün sahələrində fəallığının artmasında öz bəhrəsini verməkdədir. Kişilər ilə qadınlara bərabər imkanların yaradılması, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən olduğu diqqətə çatdırılmışdır.

  Təlim zamanı sosial işçi Sara Ağayeva və psixoloq Nərmin Ataxanlı gender əsaslı zorakılığa məruz qalmış şəxslərə sosial-psixoloji yardımın göstərilməsində diqqət edilməli olan etik qaydalardan danışmışdır. Tələbələrə maarifləndirici məlumatlar verilimişdir.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti