Gəncə Dövlət Universitetinin kollektivi Vətən Müharibəsi zamanı dağıntılara məruz qalan yaşayış binasını ziyarət etmişdir.

44 günlük Vətən Müharibəsi dövründə Gəncə şəhər Ələkbər bəy Rəfibəyli küçəsinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasından iki il ötür. Bu münasibətlə keçirilən anım mərasimində Gəncə Dövlət Universitetinin prorektoru Şahin Xurşudov, rektorun baş müşaviri Asif Cavadov, o cümlədən ali məktəbin digər kollektivi də iştirak etmişlər. “Qələbə parkı”nın ətrafı, dağıntılara məruz qalan yaşayış binası ziyarət edilmiş, həyatını itirən sakinlərə hörmət və ehtiram nümayiş etdirilərək əraziyə gül dəstələri qoyulmuşdur.

Anım mərasimində bir daha xatırladılıb ki, 2020-ci il oktyarın 11-də, gecə ssatlarında Gəncə şəhəri 4-cü dəfə raket hücümuna məruz qalmışdır. Düşmən raketlərdən istifadə edərək Gəncədə çoxmənzilli yaşayış binalarını hədəf seçib. Nəticədə Ələkbər bəy Rəfibəyli küçəsində yaşayan 10 dinc sakin hadisə qurbanı olmuş, 34 nəfər isə yaralanmışdır. Bununla yanaşı 10-dan artıq çoxmənzilli binaya ziyan dəymişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti