Göygöl rayonunun orta məktəblərində ustad dərsləri
Gəncə Dövlət Universitetinin professor-müəllim heyətinin orta məktəblərdə ustad dərsləri davam edir.
Universitetin İnformatika və cəbr kafedrasının müdiri, dosent İlqar Cabbarov Göygöl rayon 2 nömrəli tam orta məktəbində “Orta məktəb üzrə riyaziyyat elminin tarixi və tətbiqi məsələləri” və Ümumi riyaziyyat kafedrasının dosenti Esmira Cəfərli Yeni Qızılca kənd tam orta məktəbində “Məsələ həlli vasitəsilə riyaziyyat təliminin həyatla əlaqələndirilməsi” mövzusunda ustad dərsləri keçiblər.
Dərsdə Göygöl rayon 2 nömrəli tam orta məktəbin və Yeni Qızılca kənd tam orta məktəbin direktorları, fənn müəllimləri və Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin ixtisas üzrə müəllimləri iştirak ediblər.
Dosent İlqar Cabbarovun və dosent Esmira Cəfərlinin orta məktəblərdə riyaziyyatın tədrisi, onun tarixi və tədbiqi məsələlərinə, riyaziyyat fənninin həyatla əlaqələndirilməsinə dair çıxışları maraqlı dinlənilib.
Daha sonra mövzu ətrafında şagirdlərin sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti