HƏMKARLAR İTTİFAQI MÜKAFATLANDIRDI

Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilmişdir. İclasda heyət üzvləri  universitetin tədris və ictimai həyatında səmərəli fəaliyyət göstərmiş  Psixologiya kafedrasının dosenti Zülalə Aslanovanı 70 illik yubileyi münasibəti ilə təbrik etdilər. Elm və innovasiyalar üzrə prorektor, dosent Pərvin Kərimzadə, Kadrlar şöbəsinin müdiri Gülçöhrə Tağıyeva, Rus dili kafedrasının müdiri, dosent Kəmalə Əhmədova və  Ekologiya kafedrasının müdiri, professor Sevda Əhmədova yubilyarın elmi və prdaqoji fəaliyyətindən bəhs edib, ona can sağlığı, uğurlar dilədilər.

Komitənin sədri Afaq Qasımova dosent Zülalə Aslanovaya komitə adından pul mükafatı təqdim etdi.