“HEYDƏR ƏLİYEV–DÖVLƏT TƏHLÜKƏSİZLİK ORQANLARININ İLK AZƏRBAYCANLI GENERALI” ÜMUMRESPUBLİKA KONFRANSI

Azərbaycanın hərtərəfli tərəqqisi yolunda tarixi xidmətlər göstərmiş, dövlət müstəqilliyinin və təhlükəsizliyin qorunmasına əvəzsiz töhfələr vermiş Ümummilli lider Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunəsinin və peşəkarlıq irsinin öyrənilməsi məqsədi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Heydər Əliyev Mərkəzinin, Təhsil, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 3 may 2017-ci il tarixdə  “Heydər Əliyev–dövlət təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda ümumrespublika konfransı keçirilmişdir.

Ümumrespublika konfransında ilk öncə görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin və Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirildi.

Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin və təhlükəsizliyinin qorunması və gücləndirilməsi, Heydər Əliyevin ideallarının gənc nəsil tərəfindən mənimsənilməsi məqsədi ilə keçirilən ümumrespublika konfransında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, “Azərbaycan Xüsusi Xidmət Veteranları” İctimai Birliyinin sədri Şamil Süleymanov öz  çıxışlarında  Müstəqil Azərbaycan Respubli­ka­sının mühüm dövlətçilik təsisatla­rından biri olan milli təhlükəsizlik orqanlarının formalaşması və inkişa­fında mühüm rol oynayan xüsusi xid­mət orqanları və sərhəd xidməti üçün xalqına və dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyi   keşi­yində dayanan, sədaqətli və vətənpərvər, yeni nəsil peşəkar və ixtisaslı kadrların hazırlanmasını həyata keçirən Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılması bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdilər.Zəngin və mənalı həyat yolunun 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ulu öndərimiz hələ 1997-ci il martın 28-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş yığıncaqda çıxış edərkən bu orqanlarda xidmət edən kadrların rolundan, qarşısına qoyulan tələblərdən və onları səciyyələndirən amillərdən danışaraq yüksək ixtisaslı, peşəkar milli kadrların hazırlanması məqsədilə xüsusi təyinatlı ali təhsil müəssisəsinin yaradılmasının zəruri olduğunu qeyd etmişdi.General-leytenant Mədət Quliyev,Əli Həsənov və Şamil Süleymanov Ümummilli liderin fərmanı ilə 1998-ci ildə Milli Təhlükəsizlik Akademiyası təsis edildiyini, onun  yürütdüyü siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra da yeni tələblərə uyğun şəkildə və müvəffəqiyyətlə davam etdirildiyini bildirdilər. Onlar qeyd etdilər ki, Cənab Prezidentin göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanaraq qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi  bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədilə hazırlanıb.

Ümumrespublika konfransında Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva və Tarix–coğrafiya fakültəsinin Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Ayxan Fərəcli iştirak etmişlər. Tələbə Ayxan Fərəcli konfransda “Dövlət Təhlükəsizlik Orqanlarında siravi əməkdaşdan generaladək yüksəlmiş Heydər Əliyev xalqımızın qürur mənbəyidir” məruzəsi ilə çıxış edərək Dövlət Təhlükəsizliyi Xidmətinin rəisigeneral-leytenant  Mədət Quliyev tərəfindən Sertifkatla təltif olunmuşdur.