HEYDƏR ƏLİYEV MƏRKƏZİNƏ EKSKURSİYA
Şəhərimizdə fəaliyyət göstərən muzeylərə ekskursiyaların təşkili Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının daim işçi planında olmuş və tez-tez həyata keçirilən ekskursiyalar bu ənənənin davamıdır. Növbəti dəfə 07 oktyabr 2016-cı il tarixdə universitetin Biologiya-kimya fakültəsinin bir qrup tələbəsi Heydər Əliyev Mərkəzində ekskursiyada olmuşdur. Tələbələr ekskursiya zamanı Ümumilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat eldə etmişlər.
Mərkəzlə tanışlıq tələbələrin böyük marağına səbəb oldu.