TƏLƏBƏLƏR ASUDƏ VAXTLARINI SƏMƏRƏLİ KEÇİRMİŞLƏR

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili,onların sağlam həyat tərzi yönümündə müxtəlif məzmunlu  daim layihələr hazırlayaraq həyata keçirimişdir. 07 oktyabr 2016-cı il tarixdə  bu layihələrin davamı olaraq universitetin  35 tələbəsi Heydər Əliyev Mərkəzində gözəl şəraitli, idman alətləri ilə təmin edilmiş meydançada olmuşlar. Onlar burada idman alətlərindən istifadə edərək maraqlı komanda yarışları keçirmiş, şən musiqi altında müxtəlif rəqslər etmişlər.

Tələbələr Universitetin onlara göstərdiyi diqqət və qayğıdan, yaradılan şəraitdən hədsiz  razı qaldıqlarını bildirdilər.