I kurs magistrantların nəzərinə!

Hörmətli Magistrantlar!

Gəncə Dövlət Universitetinin Magistratura şöbəsi adından Sizi Magistraturaya qəbul olmağınız münasibətilə təbrik edir və bundan sonrakı fəaliyyətinizdə yeni uğurlar arzu edirik.

Məlumat üçün diqqətinizə çatdırırıq ki, Magistratura şöbəsində dərslər digər fakültələrdə olduğu kimi sentyabr ayının 15-də başlanır. Dərslər həftədə 5 gün olmaqla (I – V günlər) axşam növbəsində, Cavadbəy Rəfibəyli küçəsi 57 ünvanında yerləşən V tədris binasında keçirilir. Vaxt cədvəli aşağıdakı kimidir:

I növbə I kurs:

I dərs – 17:00-17:45, 17:50-18:35

II dərs – 18:40-19:25, 19:30-20:15

II növbə II kurs:

I dərs – 18:40-19:25, 19:30-20:15

II dərs – 20:20-21:05, 21:10-21:55

Tələbələr Universitetimizin yeni istifadəyə verilmiş yataqxanalarının fəaliyyətindən yararlana bilər. Yataqxanalar haqqında əlavə məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: