Litva Dövlət Təqaüd proqramı çərçivəsində mübadilə proqramına seçilən tələbələrimiz

Litva Dövlət Təqaüd proqramı çərçivəsində Gilnus Universitetinə mübadilə çərçivəsində müsahibədən keçərək təqaüd qazanmış Gəncə Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Aydan Heydərova və Tarix-coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Süleyman Orucov cari ilin sentyabr ayından 2023-cü ilin iyun ayının 30-a kimi 2 semestr müddətinə adı gedən universitetdə təhsillərini davam edəcəklər.

Universitetin Tədris məsələləri üzrə prorektor,iqtisad elmləri üzrə fəlsəfə doktoru,dosent Xurşudov Şahin Nadir oğlu 22 avqust 2022-ci il tarixində seçilmiş tələbələrlə görüş keçirdi və onları təbrik edərək gələcək təhsillərində uğurlar arzuladı.