I KURS TƏLƏBƏLƏRİ ÜÇÜN TƏDRİS MƏŞĞƏLƏLƏRİ BAŞLAdı
2026-cı il 1 oktyabr tarixində Gəncə Dövlət Universitetində qiyabi təhsil formasında təhsil alan I kurs tələbələri üçün başlanğıc semestr üzrə tədris məşğələlərinə start verilib.
İlk dərs günündə Qiyabi şöbənin müdiri Elsevər Nağıyev tələbələrlə görüşərək onlara təhsil həyatlarında uğurlar arzulayıb. Bildirib ki, tədris prosesinin yüksək səviyyədə təşkili, tələbələrin zəruri tədris vəsaitləri ilə təmin olunması, eləcə də imtahanların obyektiv və şəffaf keçirilməsi universitet rəhbərliyinin daim diqqət mərkəzindədir.
Görüş zamanı tələbələrə tədris prosesinin təşkili, təhsil müddətində riayət edilməli qaydalar və imtahanların keçirilməsi prosedurları barədə ətraflı məlumat verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





