“İbtidai sinif müəllimliyi ixtisası üzrə tədris prosesində iştirak edən professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması” adlı təlim həftəsinin sonuncu görüşü
Gəncə Dövlət Universitetində həyata keçirilmiş sonuncu akkreditasiyaya aid Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 2024/2025-ci tədris illəri ərzində icra ediləcək tədbirlərər dair hazılanmış Fəaliyyət Planında həyata keçirilməsi istiqamətində “İbtidai sinif müəllimliyi ixtisası üzrə tədris prosesində iştirak edən professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması” üçün 2025-ci ilin may ayı ərzində yerli və beynəlxalq mübadilə proqramlarında iştirakına dair təlim həftəsinin sonuncu görüşü baş tutdu.
Universitetin V tədris binasının böyük iclas zalında baş tutan görüşdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov əsas təlimçi kimi hazırladığı təqdimatlarda mübadilə, qrant və mobillik proqramları haqqında iştirakçılara məlumat verərək qeyd olunan proqramların portallarına müraciət, sənədləşmə işləri və seçim meyarlarına uyğun rəsmi veb səhifələrdə tətbiqi formatda izah etdi.
Təlim sual-cavab formatında yekunlaşdı.



