AKKREDİTASİYAYA DAİR BEYNƏLMİLLƏLƏŞMƏ İSTİQAMƏTİ ÜZRƏ TƏQDİMAT BAŞ TUTDU

İnstitusional Akkreditasiyaya dair yekun hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə Gəncə Dövlət Universitetində 2024/2025-ci tədris illəri ərzində icra ediləcək tədbirlərlə bağlı hazırlanmış Fəaliyyət Planına uyğun olaraq Beynəlmiləlləşmə istiqaməti üzrə müxtəlif qrant və mobillik proqramlarında iştirak etmək üçün imkanların genişləndirilməsi ilə yanaşı akademik heyətin bu proqramlarda iştirakının motivasiya edilməsi məqsədilə akademik heyət üçün təqdimat baş tutdu.

Beynəlmiləlləşmə istiqaməti sədr, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov çıxışında son illər universitetin beynəlxalq əlaqələrinin inkişaf tarixindən, uğurlu layihələrindən danışdı, daha sonra müxtəlif yerli və xarici, dövlət və özəl fond və qurumların təqaüd imkanlarından söz açdı.

Görüşdə mübadilə proqramlarında iştirak imkanlarının genişləndirilməsi və beynəlxalq təqaüdlərin alınması üçün dəstək mexanizminə dair icra olunan fəaliyyətlər də vurğulandı.

Təqdimatın sonunda Ruslan Məmmədov Gəncə Dövlət Universitetinin beynəlmillələşməsinə dair virtual promo və marketin fəaliyyətlərini əyani olaraq göstərdi və  görüş sual cavab sessiyası ilə sona çatdı.