İNTELEKTUAL YARIŞ


10 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Ümummilli liderimiz Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “İntelektual fərdi yarış” keçirilmişdir.
Fərdi sual-cavab yarışmasında Universitetin Filologiya, Xarici dillər, Pedaqoji və Riyaziyyat-informatika fakültələrinin I kurs tələbələrindən ibarət 50 nəfər tələbə iştirak etmişdir. Lövhədə yazılan bütün iştirakçılara aid olan  suala hər bir tələbə cavab verməli idi.
“İntellektual fərdi yarışma”nın sonunda suallara düzgün cavab vermiş qaliblərin adları açıqlandı. I yerə Riyaziyyat-informatika fakültəsinin tələbəsi Çinarə Hüseynova, II yerə Xarici dillər fakültəsinin tələbəsi Gülnar Əliyeva, III yerə Riyaziyyat-informatika fakültəsinin tələbəsi Nigar Əliyeva layiq görülmüşdür.