Iqdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma Gəncə Dövlət Universitetində olmuşdur

 

Qonaqlara GDU haqqında məlumat verən rektor, professor Yusif Yusibov  universitetin beynəlxalq əlaqələrindən, üzvü olduğu qurum və birliklərdəki fəaliyyətindən, o cümlədən Turkiyə universitetləri ilə əməkdaşlıq münasibətlərindən bəhs edib.

Türkiyəli rektor, öz növbəsində, təmsil etdiyi ali təhsil müəssisəsi barədə danışıb, Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasına maraqlı olduqlarını bildirib.

Qarşılıqlı  maraq  doğuran  görüşdə Gəncə Dövlət Universiteti ilə Türkiyənin İqdır Universiteti arasında müqavilə imzalanıb. Müqavilədə birgə elmi tədqiqatların aparılması,  konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və tələbə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

Görüş  qonaqların  GDU-nun  elmi-tədqiqat  və  tədris  laboratoiyaları, mərkəz və muzeyləri ilə tanışlıqdan sonra başa çatıb.