İşçi qrupun 1-ci iclası keçirilmişdir

14 mart 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində Magistratura səviyyəsi üzrə ixtisasların müəyyən edilməsi üçün yaradılmış işçi qrupun 1-ci iclası keçirilmişdir. İclasda iki məsələ müzakirə olunmuşdur:

  1. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Magistratura səviyyəsi üzrə ixtisasların müəyyən edilməsi üçün işçi qrupun iş prosesinin qurulması.
  2. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında qeyd olunan fəaliyyətlərin yerinə yetirilməsinə nəzarəti təmin etmək məqsədilə işçi qrupun müvafiq iş planının tərtib edilməsi.

İşçi qrupun sədri dos.Emin Yaqubov qrup üzvlərini və dəvət olunan əmək bazarının nümayəndələrini gündəlikdə duran məslələrlə tanış etdikdən sonra onlardan öz təkliflərini səsləndirməyi xahiş etmişdir. Qrup üzvləri dos.Cabbar Qarayev, Pərvanə Əliyeva, Elgün Həsənova, Rəvan Əzizov, eləcə də dəvət olunanlar Əhməd Əhmədov, Elvin Mehdizadə, Ayşən Nəbiyeva müzakirə olunan məsələlərlə bağlı fikirlər söyləmiş və önə çəkilmiş problemlərin həlli üçün planlı şəkildə fəaliyyət göstərməyin zəruri olduğunu bildirmişlər. İclas işgüzar şəraitdə keçmiş, qrup üzvləri bir-birinin suallarını cavablandırmış, qarşılıqlı informasiya mübadiləsi baş tutmuşdur. Yekunda işçi qrup üzvlərinin yekdil rəyi ilə aşağıdakı qərarlar qəbul edilmişdir:

1. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında qeyd olunan fəaliyyətlərin icrasının təmin edilməsi məqsədilə işçi qrupun iş planı hazırlansın.

2. Bu iş planı universitetin strateji məqsədlərinə və akkreditasiya qiymətləndirməsinin nəticələrinə əsaslanaraq tərtib edilsin.

3. İşçi qrup üzvlərinin təqdim olunan tövsiyələrlə yaxından tanış olması və onları təhlil etməsi üçün 5 iş günü müddətində vaxt müəyyən edilsin.

4. İş planının hazırlanmasına dair təkliflər və rəylər 5 iş günü ərzində işçi qrupuna təqdim edilsin.

5. İşçi qrup struktur bölmələr ilə koordinasiyalı şəkildə fəaliyyət göstərsin.

6. İşçi qrupun növbəti iclası 19 mart 2025-ci il tarixində keçirilsin və iclasda iş planının yekunlaşdırılması, təkliflərin müzakirəsi və təsdiqi ilə bağlı qərarlar qəbul edilsin. İşçi qrupun növbəti toplantısı 19 mart 2025-ci il tarixinə planlaşdırılmışdır.