İşçi qrupun 12, 14 və 31 nömrəli orta məktəblərdə fəaliyyəti

Universitetin rektoru, professor Yusif Yusibovun 07.03.2017-ci il tarixli əmrinə müvafiq olaraq universitetimizin fəaliyyətinin təbliği ilə bağlı işçi qrupu  Gəncə şəhəri 12, 14  və 31 nömrəli tam orta məktəblərdə 2017 –ci ilin aprelin 7 -də yüksək səviyyəli tədbirlər həyata keçirmişlər.

Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə məktəbin direktoru Həsənova Sevda Nağı qızı 1986 – 1990 cı illərdə Gəncə Dövlət Universitetinin Tarix – coğrafiya fakültəsini bitirmişdir, o, çıxışında qeyd etdi ki, məktəbin müəllimlərin böyük əksəriyyəti Gəncə Dövlət Universitetinin  məzunu olmuşlar. 2017 – ci tədris ilində orta məktəbdə 890 şagird təhsil alır, onlardan 37 nəfəri bu il məktəbi bitirəcəkdir. Bildirildi ki, şagirdlərimizin əksəriyyəti gələcəkdə ali təhsil almaq  üçün məhz Gəncə Dövlət Universitetini seçəcəklər.

İşçi qrupunun üzvləri qeyd etdilər ki, son illərdə universitetin maddi-texniki bazası ildən- ilə genişlənir, beynəlxalq əlaqələrimiz sürətlə inkişaf edir. Bu istiqamətdə aparılan işlər nəticəsində universitetin professor-müəllim heyətinin, bakalavr və magistrlərin, gənc tədqiqatçıların xaricdə elmi araşdırmalar aparmağa və təhsillərini davam etdirməyə imkan yaranmışdır.

Çıxışlardan sonra Universitetin həyatını əks etdirən video materiallar nümayiş etdirildi, bukletlər, suvenirlər şagirdlərə hədiyyə olundu. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Daha sonra, Universitetin işçi qrupu həmin gün Gəncə şəhəri
Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri ilə görüş keçirmişdir.

Görüşdə  işçi qrupun rəhbəri dosent M. Məmmədov çıxış edərək qeyd etdi ki, 14 №-li məktəb universitetimizlə daim əməkdaşlıq edir. Məktəbin direktoru Qasımov Elnur Fazil oğlu bildirdi ki, onun özü 2003- cü ildə GDU- un Coğrafiya fakültəsini bitirmişdir,  bu məktəbdə çalışan müəllimlərin əksəriyəti də həmin universitetin məzunlarıdır. Hal- hazırda məktəbdə 1076 nəfər şagird təhsil alır. Bu il orta məktəbi 78 nəfər məzun bitirəcəkdir. Şagirdlərimizin əksəriyyəti gələcəkdə ali təhsil almaq  üçün məhz Gəncə Dövlət Universitetini seçəcəklər.

Çıxış edənlər göstərdilər ki, Gəncə Dövlət Universitetinin tələbələri uzun illərdir ki, həmin məktəbdə pedaqoji təcrübələrini keçirlər, sınaq dərslərini deməklə yanaşı, eyni zamanda, məktəbdə keçirilən bütün tədbirlərdə yaxından iştirak edirlər. Görüş yüksək səviyyədə keçirilidi, işçi qrupuna şagirdlər tərəfindən suallar verildi, tədbirin sonunda videomateriallar nümayiş etdirildi.

Həmin gün işçi qrupu 31 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və məzunları ilə görüş keçirdilər. Məktəbin direktoru  Əsgərova Elenora Cəbrayıl qızı bildirdi ki, məktəbimizdə 610 şagird təhsil alır, onlardan 47 nəfəri məzundur. Mən özüm Gəncə Dövlət Universitetinin Azərbaycan və ədəbiyyat müəllimliyi ixtisasını bitirmişəm,  bizim GDU ilə həmişə səmərəli əməkdaşlığımız mövcuddur və hörmətli işçi qrupunun gəlməsi həmin əlaqələrin genişlənməsinə xidmət edir.

İşçi qrupunun üzvləri univeristetimizin çoxsahəli fəaliyyəti barədə görüşdə iştirak edən pedaqoji kollektivin üzvlərinə ətraflı sürətdə məlumat verdilər və videomateriallar nümayiş olundu. Tədbirin sonunda şagirdləri maraqlandıran suallara cavab verildi.

Keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkilində və həyata keçirilməsində Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovun və Metod mərkəzin direktoru Zöhrab Hacıyevin səmərəli fəaliyyəti qeyd edildi.

Keçirilən görüşlər hər üç – 12, 14 və 31 nömrəli məktəblərin yuxarı sinif şagirdlərinə və pedaqoji kollektivinə müsbət təsir göstərdi. Çıxış edən şagirdlər belə bir görüş üçün minnətdarlıq etdilər və gələcəkdə ali təhsil almaq üçün Gəncə Dövlət Universitetini seçəcəklərini bildirdilər.