İşçi qrupun 27 nömrəli lisey- məktəbdə fəaliyyəti

Rektor, professor Yusif Yusibovun 07.03.2017-ci il tarixli əmrinə müvafiq olaraq universitetimizin fəaliyyətinin təbliği ilə bağlı işçi qrupu  Gəncə şəhəri İsrafil Məmmədov adına 27 saylı liseydə 2017 –ci ilin aprelin 11 -də yüksək səviyyəli tədbir həyata keçirmişdir.

Məktəbin direktoru Hüseynova Rahilə Cəbrayıl qızı bildirdi ki, Gəncə Dövlət Universitetinin Fizika müəllimliyi ixtisasını bitirmişdir və məktəbin müəllimlərin böyük əksəriyyəti Gəncə Dövlət Universitetinin  məzunudur. 2017 – ci tədris ilində orta məktəbdə 938 şagird təhsil alır, onlardan 63 nəfəri bu il XI sinfi  bitirəcəkdir. Hüseynova R. C. qeyd etdi ki, şagirdlərimizin əksəriyyəti gələcəkdə ali təhsil almaq  üçün məhz Gəncə Dövlət Universitetini seçəcəklər.Görüşdə məktəbin direktor müavini Kəmalə İsgəndərova və fənn müəllimləri də iştirak edirdilər.

Xüsusilə qeyd edildi ki, məktəbin uğurları daim inkişaf edir, bu günlərdə universitetimizdə keçirilən Azərbaycan tarixi fənni üzrə bilik olimpiadasının qalibləri Ələkbərova Aysel Ceyhun qızı -I yer, İbrahimli Ramazan Rahib oğlu –II yer məhz bu məktəbin şagirdləri olduğu qeyd olundu.

İşçi qrupunun rəhbəri dosent Mahir Məmmədov qeyd etdi ki, son illərdə universitetin maddi-texniki bazası ildən- ilə genişlənir, beynəlxalq əlaqələrimiz sürətlə inkişaf edir. Bu istiqamətdə aparılan işlər nəticəsində universitetin professor-müəllim heyətinin, bakalavr və magistrlərin, gənc tədqiqatçıların xaricdə elmi araşdırmalar aparmağa və təhsillərini davam etdirməyə imkan yaranmışdır.

Çıxışlardan sonra Universitetin həyatını əks etdirən video materiallar nümayiş etdirildi, bukletlər, suvenirlər şagirdlərə hədiyyə olundu. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Keçirilən bütün tədbirlərin yüksək səviyyədə təşkilində və həyata keçirilməsində Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynovun və Metod mərkəzin direktoru Zöhrab Hacıyevin səmərəli fəaliyyəti qeyd edildi.

Keçirilən görüş– 27 saylı məktəb – liseyin yuxarı sinif şagirdlərinə və pedaqoji kollektivinə müsbət təsir göstərdi. Çıxış edən şagirdlər belə bir görüş üçün minnətdarlıq etdilər və gələcəkdə ali təhsil almaq üçün Gəncə Dövlət Universitetini seçəcəklərini bildirdilər.