İspaniyanın nüfuzlu universitetində mübadilə proqramını uğurla başa vuran tələbələrlə görüş keçirilib

   2022/2023-cü tədris ilinin yaz semestrində Erasmus+ KA1 layihəsi çərçivəsində İspaniya Krallığının UCAM San Antonio Mursiya Universitetində təhsil almaq hüququ qazanmış Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin tələbələri Murad Talıbov və Sehran Ələsgərova mübadilə proqramını başa vuraraq vətənə dönüblər. 

   Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov mübadilə proqramını uğurla başa vuran tələbələrlə görüş keçirərək onları təbrik edib, gənclərə uğurlar arzulayıb.

     Tələbələr mübadilə proqramı ərzində UCAM San Antonio Mursiya Universitetində əldə etdikləri təcrübələrini və təəssüratlarını bölüşərək göstərilən diqqətə, yaradılan imkana görə Gəncə Dövlət Universitetinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti