İstanbul Universiteti Beynəlxalq Tələbə İmtahanı (İÜYÖS)

29 Aprel 2017-ci il tarixində 5 qitə, 52 ölkə və 72 imtahan mərkəzindəİstanbul Universitetinin əməkdaşları tərəfindən Türk, İngilis, Ərəb, Rus və Fransız dillərində eyni vaxtda reallaşdırıldı. Bu imtahan mərkəzlərindən biri də Azərbaycan Respublikasının Gəncə şəhərində yerləşən Gəncə Dövlət Universitetidir.

GDU-nun əsas tədris binasında təşkil edilmiş İÜYÖS imtahanları yüksək səviyyədə təşkil edilmiş və uğurla yekunlaşmışdır. İmtahan zamanı heç bir neqativ hadisə baş verməmişdir.

İmtahanı təşkil etmək üçün İstanbul Universitetindən gələn əməkdaşlar ilk olaraq GDU-nun rektoru professor Yusif Yusibovla görüşmüşlər. Görüş zamanı imtahan haqqında ümumi hazırlıq işləri müzakirə edilmiş və dəstək verdiklərindən dolayı minnətdarlıqlarını bildirmişlər. Gələcəkdə də bu əməkdaşlığın davam edəcəyinə inandıqlarını bildirmiş və başqa sahələrdə də əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişlər. Görüşün sonunda Yusif müəllimə İstanbul Universitetinin rektoru Mahmud AK tərəfindən imzalanmış təşəkkür məktubunu təqdim etmişlər.