Jurnalistikaya ilk addım

3 oktyabr 2014-cü il tarixində Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Jurnalistikaya ilk addım” adlı təlim keçirilib. Universitetin əsas tədris binasında yerləşən “Gənclər otağı”nda baş tutan təlimdə ayrı-ayrı fakültələr üzrə 25 nəfər tələbə iştirak edib.
Təlimin keçirilməsində məqsəd jurnalistikaya dair ilkin məlumatların verilməsi, jurnalistikanın növləri, xəbərlərin yazılması, mobil reportyorluq, sosial şəbəkələrdən düzgün istifadə edilməsi haqqında gəncləri maarifləndirmək olub.
Təlimçi Zərifə Xasayeva 2 saat davam edən təlimdə jurnalistikanın ayrı-ayrı sahələrinə dair qrup işləri ilə yanaşı, gənclər arasında maraqlı diskussiya təşkil edib.
Sonda gənclər təlimdən razı qaldıqların bildiriblər.
Qeyd edilməlidir ki , bütün təlimlər dərsdən sonra təşkil olunur ki , bu da tələbələrin dərsdən sonrakı asudə vaxtlarının daha maraqlı və səmərəli təşkilinə kömək edir.10720989_1564149130470522_2059171830_n