KAHRAMANMARAŞ UNİUVERSİTETİNİN DİREKTORU İLƏ SƏMİMİ GÖRÜŞ

Gəncə Dövlət Universitetinin fəaliyyətinin prioritet istiqamətlərindən biri beynəlxalq əlaqələri genişləndirməkdir. Bu, bütövlükdə təhsil prosesinin  inkişafına təkan verən amillərdəndir. Dövlət Strategiyasında qeyd olunur ki, ölkədə dünya səviyyəsində təhsil sisteminin yaradılması təhsil sahəsində beynəlxalq təcrübə və meylləri öyrənməyi tələb edir. Universitetimiz bu sahədə də bir sıra yeniliklərə nail  olmuşdur.Təkcə  Türkiyənin Mövlana Mübadilə Proqramı çərçivəsində 20 ali təhsil müəssisəsi ilə əməkdaşlıq haqqında müqaviləyə imza atılmışdır.
Türkiyə universitetləri ilə yaradılmış bu əlaqələr daha da genişləndirilir. Məhz Mövlana mubadilə proqramı çərçivəsində əməkdaslıq qurmaq məqsədilə Kahramanmaraş Universitetinin beynəlxalq əlaqələr üzrə direktoru Ozlem Nalbandbası universitetimizin qonağı olmuşdur.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə qonaqla səmimi söhbət etmiş,mhər iki tərəf elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsinin  iki qardaş xalq üçün gərəkli olduğunu bildirmişdir. Görüşün nəticəsi olaraq  Kahramanmaraş Universiteti ilə Gəncə Dövlət Universiteti arasında elm və təhsil sahəsində ilkin protokol imzalanması məqsədəuygun  hesab edilmişdir.