KAPİTAL BANKIN ƏMƏKDAŞI UNİVERSİTETDƏ

         02 iyun 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində Kapital Bankın əməkdaşı olan Filial Şəbəkələrin İdarə Edilməsi Departamentinin Satış kanalları şöbəsinin Birbaşa satışlar bölməsinin mütəxəssisi Qoşqar Daşdıyevin universitetin müəllim heyəti ilə görüşü keçirilmişdir.

         Görüşü universitetin Humanitar məsəslələr üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq qonağı və görüş iştirtakçılarını salamladıqdan sonra, Kapital Bankdan kreditin necə əldə edilməsi qaydaları haqqında  universitet əməkdaşlarını məlumatlandırmaq üçün sözü Qoşqar Daşdıyevə vermişdir.

         Qoşqar Daşdıyev qeyd etmişdir ki, bu gün sizə təqdim etdiyimiz Endirim kuponları sayəsində aşağı faizlə, arayışsız, zaminsiz yüksək məbləğdə kredit əldə etmək olar. Təqdim olunan cədvəldəki aylıq ödənişlər Endirim kuponu olan müştərilərə aiddir. O, bildirdi ki, Endirim kuponlarından 3 ay müddətində istifadə edilə bilər. Bu ay müddəti bitdikdən sonra Endirim kuponları avtomatik yararsız hesab edilir.

         Mütəxəssiz iştirakçıları maraqlandıran sualları cavablandırdıqdan sonra əməkdaşlara Endirim kuponları paylandı.