Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupun iclası keçirilib
14 mart 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika kafedrasında Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupun iclası kecirildi. İclasın gündəliyində iki məsələ nəzərdə tutulmuşdu.
1. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupun iş prosesinin qurulması.
2. Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında qeyd olunan fəaliyyətlərin yerinə yetirilməsinə nəzarəti təmin etmək məqsədilə işçi qrupun müvafiq iş planının tərtib edilməsi.
İclasda sədr Yəhya Namazov çıxış edərək bildirib ki, O, bildirdi ki, Akkreditasiya prosesinin yekun hesabatında GDU-ya təqdim edilən tövsiyələrin icrasına dair Fəaliyyət Planının hazırlanması tələb olunmuşdur. Tələb olunan fəaliyyət planı işçi qrup tərəfindən hazırlanmış və universitet Elmi Şurasının 04.03.2025-ci il tarixli qərarı və rektorluğun 07.03.2025-ci il tarixli 5/125 saylı əmri ilə təsdiq edilmişdir. Hazırlanmış fəaliyyət planı Elmi Şurada təsdiq edilməzdən öncə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilmiş və razılaşdırılmışdır.
Hazırlanmış fəaliyyət planında qeyd edilən bəzi fəaliyyətlərin icrası üçün rektorluğun 05.03.2025-ci il tarixli 5/108 saylı əmri ilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının Əsasnaməsi, eyni zamanda rektorluğun 06.03.2025-ci il tarixli 5/112 saylı əmri ilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyası və onun tərkibi təsdiq edilmişdir. Bundan sonra rektorluğun 07.03.2025-ci il tarixli 5/117 saylı əmri yaradılmış Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupu yaradılmışdır.
Bu səbəbdən, iclasda işçi qrupun iş prosesinin təşkili, vəzifə bölgüsü və qarşıda duran vəzifələr ətrafında müzakirə aparılmalı və müvafiq qərar qəbul edilməlidir.
Sonra işçi qrupun üzvlərindən Mirzə Həsənov, Elxan İsmayılov, Mustafa Cəfərov, Rauf Məmmədov, Mehriban Məmmədova, İlqar Haqverdiyev, Samirə Cəfərova, Məleykə Aslanbova, Gültəkin Hüseynova çıxış etdilər.Onlar Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi proseduru üzrə tələb olunan məsələləri izah edərək, Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının daxilində fəaliyyət göstərən işçi qrupun səmərəli və məqsədyönlü fəaliyyəti istiqamətində atılacaq addımlarla bağlı zəruri məlumatları iclas iştirakçıları ilə bölüşdülər.
Fəaliyyət planında göstərilən fəaliyyətlərin hər bir işçi qrupun üzvü tərəfindən diqqətlə öyrənilməsinin və təhlil edilməsinin vacibliyini vurğulandı. Diqqətə çatdırılıb ki, iş planında nəzərdə tutulan hər bir addımın universitetin siyasət və təlimatlarında əksini tapmış prinsip və qaydalara uyğun olmasına diqqət yetirilsin.
Yekunda Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında qeyd olunan fəaliyyətlərin icrasının təmin edilməsi məqsədilə işçi qrupun iş planının hazırlanması, iş planının universitetin strateji məqsədlərinə və akkreditasiya qiymətləndirməsinin nəticələrinə əsaslanaraq tərtib edilməsi, işçi qrupun struktur bölmələri ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməsi, işçi qrupun növbəti iclasının 19 mart 2025-ci il tarixində keçirilməsi qərara alındı.