Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq” qrupu fakültələrdə
Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış “Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə nəzarət və monitorinq mexanizminin formalaşdırılması”prosesi ilə bağlı Gəncə Dövlət Universitetinin fakültələrində və kafedralarda mövcud vəziyyətin təhlili, may-iyun aylarında monitorinq qrupu olaraq bütün fakültələrdə ixtisaslar üzrə problemlə bağlı baxış keçirilib, müvafiq metodik tövsiyələr verilib.
22-30 sentyabr 2025-ci il tarixdən müəyyən irad və tövsiyələrin aradan qaldırılması və icrası üçün görülən tədbirləri yenidən müşahidə etmək üçün uyğun ixtisaslarda monitorinq aparılıb. Nəticələr müsbət qiymətləndirilib.
Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış“Tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqinə dair təlimatlandırıcı sənədlərin təkmilləşdirilməsi” fakültələrdə və kafedralarda mövcud vəziyyətin təhlili, proseslə bağlı maraqlı tərəflərin rəylərinin toplanması vəziyyətinin müzakirəsi və qarşıda duran vəzifələr – kimi məsələlərlə bağlı sədr Allahverdi Quliyev və qrup üzvləri 22-30 sentyabr 2025-ci il tarixlərdə kafedralarda , eyni zamanda müxtəlif kurslar üzrə təlim prosesində müəllim və tələbələrlə təkrar məqsədyönlü görüşlər keçirilib.
Görüş zamanı qeyd olunan məsələlər, aşkar olunan nöqsanlar və onların aradan qaldırılmasının yolları fakültə dekanı və kafedra müdirləri ilə birlikdə müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.














