Kompüterdə test imtahanları başlandı

Gəncə Dövlət Universitetində 12 yanvar 2015-ci il tarixdən kompyüterdə testlə imtahanların keçirilməsi başlandı. Bir gün əvvəl bunkerdə dəvət edilən mütəxəssislər tərəfindən test sualları yazılıb bazaya yüklədilmişdir. Testlərin məxviliyi tam təmin olunmuşdur.
İmtahan prosesinin təşkilində ciddi intizam diqqəti cəlb edir. İmtahan otaqları kompyuterləşdirilmiş, nəzarətçilər vəzifələrini lazımi səviyyədə yerinə yetirirlər. Tyutorlar rəhbərlik etdikləri qruplardakı tələbələrin vaxtında öz yerlərini tutmalarını təmin edir, tələbələr sərbəst kompyuterdə sualları cavablandır və obyektiv olaraq öz biliklərinin qiymətləndirilməsinə özləri şahid olurlar. Bu da tələbələrin mükəmməl təhsil almarına inandırıcı stimul yaratmış olur.