“Layihələrin yazılması və idarə olunması” adlı təlim təşkil olundu.

Noyabrın 11 -də Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Gələcəyə Körpünün dəstəyi ilə “Layihələrin yazılması və idarə olunması” adlı təlim təşkil olundu. Tədbirin həyata keçirilməsində əsas məqsəd tələbələrə layihələrin yazılmasında önəmli olan məqsəd, vəzifələr, icra planı, “Problem ağacı” və digər vacib məsələlər haqqında məlumat verməkdi. Bundan başqa donorlarla işləməyin qaydaları, problemin daha dəqiq və aydın yazılması məqamları haqqında da geniş müzakirələr aparıldı. İnteraktiv şəkildə həyata keçən təlimdə gənclər öz ideyalarını reallaşdırmaları üçün faydalı məlumatlara sahibləndilər. Təlimi “Gələcəyə Körpü” GİB-in EVS Koordinatoru Hüseynxan Hacızadə keçdi.

10624602_851628981543912_4847169017184474348_n