Liderlik məktəbinin ilk təlimlərinə başlanılıb

“Gəncə Dövlət Universiteti tələbələrinin ikinci könüllülük yaz liderlik məktəbi” çərçivəsində ilk təlimlərə başlanılıb.

Gəncə Dövlət Universitetinin 80 illik yubileyinə həsr olunan  təlimlər şəhər Gənclər Evində keçirilib.

İlk təlim günündə Bakı şəhərindən dəvət olunmuş təlimçi  Orxan Şahbazın rəhbərliyi ilə “Bədən dili nədir?”, “Bədən dilində ilkin biliklər”, “Artikulyasiya və jestikulyasiya nədir?”,  “Danışdığın insanın beynini necə analiz edə bilərsən?”,  “Hansı nitqdə hansı jestlərdən istifadə edə bilərsən?”, “Yalan danışan insanı necə bilmək olar?” mövzusunda təlimlər keçirilib. Həmçinin təlimçi “Diqqəti necə cəlb edə bilərsən?”, “Göz əlaqələri”, “Praktiki yalan,  “Psixoloji testlər”, “Bədən dili oyunu”,  “Əl-qol jestləri”, “Ayaq jestləri”, “Baş jestləri”,  “Müsahibə zamanı olan jestlər”, “Təqdimat zamanı olan jestlər”  mövzularında keçdiyi təlimləri ilə tələbələrdə böyük maraq yaradıb.

Təlimlərdə ümumilikdə universitetin 40 nəfər tələbə-gənci iştirak edib.

Layihənin ilk günündə təlimlərdən əlavə Heydər Əliyev Park Kompleksində yerləşən idman alətlərindən tələbə gənclər istifadə edərək maraqlı vaxt keçiriblər. Təlim müddətində komanda oyunları təşkil olunub və qalib gələn komanda mükafatlandırılıb.