MƏKTƏBLƏ ƏMƏKDAŞLIQ ARTIR
11 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasının Əhməd Cavad adına 2 saylı tam orta məktəbində pedaqoji təcrübədə olan IY kurs tələbəsi İltimas Pirverdiyevanın IX sinifdə Riyaziyyat fənnindən “Kvadratik funksiyalarn qrafiki” mövzusunda sınaq dərsi olmuşdur. Sınaq dərsində Universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Fəxrəddin Məmmədov, Riyaziyyat-informatika fakültəsinin dekanı dosent Oruc Hüseynov, Təcrübə və karera şöbəsinin müdiri dosent Mahir Məmmədov, təcrübə rəhbəri Ənvər Gəncəliyev, pedaqogika üzrə rəhbər Bəsirə Abbasova, məktəbin direktoru Sahibə Abdullayeva, ixtisas müəllimləri və təcrübəçi tələbələr iştirak etmişlər.
Dərsin müzakirəsi zamanı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Fəxrəddin Məmmədov tələbənin hazırlığından, qabiliyyətindən, nəzəri biliklərindən və onu təcrübədə sınamasından razı qaldığını qeyd etdi. Çıxış edən müəllimlər də xırda qüsurlara baxmayaraq öz müsbət fikirlərini bildirdilər. Məktəbin direktoru tələbənin bu günki uğurunda Universitetlə bərabər, məktəbin də payı olduğunu bildirdi. Nəzərə çatdırdı ki, kollektiv təcrübəçi tələbələrə daim qayğı ilə yanaşır, onların müəllim kimi formalaşmalarında öz bilik və təcrübələrini əsirgəmirlər. Bu həm də Universitetlə əməkdaşlığımızın dərinləşməsinə imkan yaradır.