Magistratura səviyyəsinə qəbul olunmuş bakalavrların nəzərinə!

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə tətbiq edilən karantin tədbirləri ilə əlaqədar olraq 2020/2021-ci tədris ilində Gəncə Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olunmuş bakalavrların qeydiyyatı “online” qaydada həyata keçiriləcəkdir. Online qeydiyyat üçün aşağıda qeyd edilən sənədlərin şəklini pdf formatında 0503186558 və 0554866737 WhatsApp nömrələrindən birinə göndərmək lazımdır:

  1. Əvvəlki illərin məzunları üçün: bakalavr diplomu və diploma əlavə (qiymət cədvəli);
  2. Cari ilin məzunları üçün: üniversiteti bitirmələri haqqında diplom əvəzi  arayış;
  3. Qəbul olunması barədə bakalavrın DİM sytındakı şəxsi səhifəsindən çıxarış (şəklini çəkmək və ya screenshoot etmək olar);
  4. Ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qəbzi;
  5. Şəxsiyyət vəsiqəsi;
  6. 3×4 ölçüdə foto şəkil;
  7. Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında müqavilənin imzalanmış nüsxəsi (müqavilənin mətni elana əlavə olunur).

Diqqət: Yuxarıda qeyd olunan sənədlərlə yanaşı hər bir bakalavr magistraturaya qəbul zamanı imtahan verdiyi xarici dili, özünün hazırki faktiki yaşayış ünvanını və 2 aktiv telefon (özünün, valideyninin, yaxud ev telefonunun) nömrəsini ayrıca vərəqdə yazaraq digər sənədlərlə birlikdə təqdim etməlidir. Sənədlərlə bağlı hər hansı sual meydana çıxarsa sizinlə həmin telefonlar vasitəsilə əlaqə saxlanılacaq.

Qeyd:

  1. Tədris məşğələləri başlayanadək yuxarıda qeyd edilən sənədlərin əsli məcburi qaydada Universitetə təqdim edilməlidir.
  2. Bütün ixtisaslar üzrə bir illik təhsil haqqı 1100 (bir min yüz) manatdır.
  3. İllik təhsil haqqının ən azı 50%-nin (550 AZN) ödənilməsi məcburidir. Ödəniş qəbzi təqdim olunmadığı halda qeydiyyata alınmayacaqsınız.
  4. Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında Müqavilə Universitet tərəfindən pdf formatında təqdim edilir. Müqaviləni çap edərək imza etməyiniz və şəklini çəkərək 0503186558, 0554866737  WhatsApp nömrələrindən birinə göndərməyiniz tələb olunur.
  5. Yuxarıda qeyd edilən sənədlərin əslini qeydiyyatdan sonra poçt vasitəsi ilə də göndərə bilərsiniz.
  6. Sənədlərin əslini təqdim etməyən şəxslər Universitetdən xaric olunacaq.
  7. Sənədlərin şəkli səliqəli çəkilməli və oxunan olmalıdır.

Əlaqə telefonunu və imtahanda seçdiyiniz xarici dili qeyd etməyiniz tələb edilir.

Sənəd qəbulu komissiyası


Təhsil müəssisəsinin rekviziti

Gəncə Dövlət Universiteti

VÖEN: 2300313061

Bank: Kapital Bank ASC-nin Gəncə filialı

Bank VÖEN 9900003611

M/H:     

AZ37NABZ01350100000000001944

Kod 200275

H/h: AZ73AİİB33070019442711898127

S.W.I.F.T: AIIBAZ2X