“Milli qəhrəmanları tanıyaq və tanıdaq ” lahiyəsi çərçivəsində növbəti görüş keçirildi

Dekabrın 15 – də Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Milli qəhrəmanları tanıyaq və tanıdaq ” lahiyəsi çərçivəsində növbəti görüş keçirildi. Bu görüşdə də 10 Milli qəhrəman haqqında məlumat verildi və onlara həsr olunmuş video çarx nümayiş etdirildi . Görüşdə Qarabağ döyüşlərində iştirakçısı, Qərb bölgəsi üzrə Vətənpərvərlər klubunun sədri Elçin Axundov da iştirak edirdi .
Elçin Axundov xatirələrindən danışmaqla Vətən sevgisiylə bağlı öz fikrlərini gənclərlə bölüşdü. Bundan sonra vətənpərvərlik mövzusu ətrafında tələbələr adasında yaranan diskussiya iştirakçıların böyük marağına səbəb oldu.