“Müəllimlərin Peşəkar İnkişafı Proqramı” fəaliyyətə başlayıb
Gəncə Dövlət Universitetində tədris fəaliyyətinə yeni başlayan gənc müəllimlər və mövcud professor-müəllim heyətinin peşəkar davamlı inkişafını təmin etmək məqsədi ilə “Müəllimlərin Peşəkar İnkişafı Proqramı” pilot formasında başlayıb. Proqram tədris prosesində yeni təlim texnologiyalarının və tədris metodlarının tətbiqi, təlimdə rəqəmsal həllərinin tətbiqi, tələbəyönümlü öyrənmə, tədris və qiymətləndirmə üsullarının tətbiq edilməsi kimi istiqamətləri özündə birləşdirəcək.
Bu proqram çərçivəsində “Dərsin dizaynı” , “Dərsin təhlili”, “Təlim strategiyaları”, “Qiymətləndirmə strategiyaları”, “Təhsil texnologiyaları”, “Motivasiya” və digər mövzular əhatə olunacaq.
Gəncə Dövlət Univesitetində proqrama dair ilk təlim “Təlim və öyrənmə nəzəriyyələri” haqqında olub. Təlimdə davranış nəzəriyyələri, koqnitiv nəzəriyyələr, konstruktiv nəzəriyyələr, Blum taksanomiyası, təlimin 9 addımı kimi mövzular əhatə olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti