“MULTİKULTRALİZMİN AZƏRBAYCAN MODELİ” MÖVZUSUNDA KONFRANS

01 iyul 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin baş binasının iclas zalında “Multikulturalizmin  Azərbaycan  modeli” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfransda universitetin Tədris işləri üzrə prorektoru, dosent Fəxrəddin Məmmədov, Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva və müəllim heyəti iştirak etmişdir.

Konfransı giriş sözü ilə prorektor Gülsüm Fətəliyeva açaraq ilk öncə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikultralizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir.” sözlərini nəzərə çatdırmışdır.

Sosial fənlər kafedrasının dosenti Asim Məmmədov “Dünya dövlətlərinin multikulturalizm təcrübəsi”, kafedranın baş müəllimi Üzeyir Balakişiyev “Multikulturalizm, çoxdillilik və Azərbaycanda dil siyasəti”, kafedranın müəllimi Yeganə Əhmədova “Müasir dövrdə Azərbaycan Respublikasında dini tolerantlıq” adlı məruzələrlə çıxış etmişlər.