SON BİLİK SINAQLARI DAVAM ETDİRİLİR

Gəncə Dövlət Universitetində  bakalavriat təhsil səviyyəsinin əyani və qiyabi təhsil üzrə yay imtahan sessiyası, həmçinin bakalavriat və magistratura təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının qəbulu, buraxılış işlərinin müdafiəsi davam etməkdədir.

01 iyul 2016-cı il tarixdə Təsviri incəsənət müəllimliyi ixtisasının buraxılış kurs tələbələrinin yekun dövlət attestasiyası üçün qabiliyyət imtahanı və magistratura təhsil səviyyəsində təhsil alan tələbələrin magistr dissertasiya işinin müdafiəsi keçirilmişdir. Hər iki halda tələbələrin son bilik sınaqlarına lazımi şərait yaradılmış, şəffaflıq və obyektivlik yüksək səviyyədə gözlənilmişdir.

Komissiya üzvləri tələbələrin məsuliyyət hissindən, onlar üçün yaradılan şəraitdən lazımi səviyyədə bəhrələndiklərindən razı qalmışlar