MÜSBƏT QİYMƏTLƏNDİRİLMİŞDİR
11 noyabr və 14 noyabr 2016-cı il tarixlərdə Gəncə Dövlət Uniuversitetinin Riyaziyyat-informatika fakültəsinin IV kurs tələbələrindən Məmmədova İlhamə İsmayıl qızının və Abbasova Aytən Ətraf qızının Gəncə şəhər Nizami Gəncəvi adına 11 saylı tam orta məktəbinin 31 sinfində İnformatika fənnindən sınaq dərsi keçirilmişdi. Sınaq dərslərində Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, təcrübə rəhbəri dosent Cabbar Qarayev, məktəbin direktoru Ülfət Məmmədova, təcrübə rəhbərlərindən dosent Gülmira Verdiyeva, baş müəllim Səbirə Əhədova, fənn müəllimləri və təcrübəçi tələbələr iştirak etmişlər.
Hər iki təcrübəçi tələbənin sınaq dərsi müsbət qiymətləndirilmişdir.