“Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil edilmişdir

22.04.2022 tarixində  Gəncə Gənclər Evi və Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə  “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş oyun təşkil edilmişdir. Turnirdə Gəncə Dövlət Unuversitinin 15-dən artıq komandası (100-dən çox tələbə)   iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən turnirin nəticələri aşağıdakı kimi olmuşdur:

  1. “Köhnə batalyon”
  2. “İdmançılar”
  3. “History’s Legends”

Qaliblərə diplom , digər komandalara isə iştirakçı sertifikatları təqdim olunmuşdur. Vətənpərvərlik mövzusunda tədbirlər planına uyğun olaraq  il ərzində görüşlər, seminarlar, ziyarətlə, aksiyalar və təqdimatlar davam edəcək.