“Narkomaniya sərhədsiz fəlakətdir”

    Gəncə Dövlət Universitetində “Narkomaniya sərhədsiz fəlakətdir” adlı tədbir keçirilmişdir.

    Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
   Gəncə Dövlət Universitetinin  Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq  müasir dövrdə ölkəmizdə narkomaniya ilə  mübarizə sahəsində görülən işlərdən, belə halların çoxalmaması üçün həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sənədlər, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar ölkəmizdə bu bəlaya qarşı görülən işlərin əyani göstəricisidir.

Tədbirdə Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov “Nakomaniya-dövrün faciəsi” məruzəsi ilə çıxış edərək tələbələri zərərli vərdişlərdən uzaq olmağa çağırmışdır. Narkotik vasitələr, zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlərindən ətraflı danışmışdır.

       GDU-nun tələbələri çıxış edərək gəncləri bu bəladan uzaq olmağa səsləmişlər.

 Tədbirdə həmçinin “Narkomaniya sərhədsiz fəlakətdir” adlı videoçarx nümayiş olunmuşdur.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti