Tələbələrimiz növbəti bilik yarışında iştirak etmişlər

   Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə, Pedaqoji və Riyaziyyat-informatika fakültəsinin tələbələri bilik yarışında iştirak etmişlər.   Yarış universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Tələbələrin İntelekt Liqası” çərçivəsində həyata keçirilmişdir.

  “Nə? Harada? Nə zaman?” oyunu üzrə keçirilən intelektual yarışda 6 komanda iştirak etmiş, ilk 3 yeri tutan komanda növbəti mərhələyə vəsiqə qazanmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti