Tələbələrlə maarifləndirici görüş keçirilmişdir

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə debat klubuna yeni üzv olan tələbələrlə görüş keçirilmişdir.

Görüşdə çıxış edən universitetin Tələbə Gənclər Təşkilatının sədri Fuad Dadaşov qeyd etmişdir ki, universitetimizdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı tələbələrin fəallığını artırmaq, onların intellektual inkişafını yüksəltmək və fakültələr arasında sıx əlaqələri formalaşdırmaq istiqamətində mühüm işlər həyata keçirir. Debatların keçirilməsində isə əsas məqsəd tələbələrin fəallığının artırılmasına nail olmaqdır.

  Görüşdə debat klubuna yeni üzv olan tələbələrə debatların daha yaxşı şəkildə təşkilinə dair məsləhətlər verilmiş, onların praktik olaraq daha yaxşı anlaması üçün oyunlar keçirilmişdir.

Sonda tələbələrin sualları cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti