“Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsində “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva narkomaniyanın fəsadlarından bəhs edərək bu sahədə düzgün maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışıb, Prezident İlham Əliyevin izmaladığı Sərəncama əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ı çərçivəsində ölkəmizdə həyata keçirilən səmərəli işlərdən söhbət açıb.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Ümumi tarix kafedrasının müdiri Etibar Musayev, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı, Sosial fənlər kafedrasının müəllimi Ramin Əliyev, eləcə də I kurs tələbələri Fatimə Seyidova və Mövlam Quliyev mövzu ətrafında çıxış ediblər. Məruzələrdə narkotik asılılığının həm hüquqi, həm də tibbi aspektləri izah olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti









