“Qarabağın tarixi memarlıq abidələri” mövzusunda ustad dərsi
Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının baş müəllimi Lalə Cahangirova Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə “Qarabağın tarixi memarlıq abidələri” mövzusunda ustad dərsi keçib.
Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, kafedra müdiri Mərdan Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Ustad dərsində Qarabağın memarlıq abidələrinin tarixi, onların bədii xüsusiyyətləri və mədəni irsimizdəki əhəmiyyəti barədə geniş məlumat verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti




