“Nizami Gəncəvi və Yunus Əmrə” adlı onlayn Panel

Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” və Türkiyə Respublikasının Prezidentinin 30 yanvar 2021-ci il tarixli Sərəncamı ilə Türkiyə Respublikasında 2021-ci ilin  “Yunus Əmrə və Türkçə İli” elan edilmişdir. Bu münasibətlə 29 iyun 2021-ci il tarixdə Gəncə Dövlət Universiteti İstanbul Universiteti ilə birgə “Nizami Gəncəvi və Yunus Əmrə” adlı onlayn Panel təşkil edəcəkdir. Tədbir youtube kanalı vasitəsi ilə canlı olaraq yayımlanacaqdır.

Canlı yayıma baxmaq üçün bu linkdən istifadə edə bilərsiz:
https://www.youtube.com/channel/UCtyTcpmjFxEGZ8PSZQNQk6g

Hörmətlə: Təşkilat Komitəsi