“NORMATİV SƏNƏDLƏR BAZASININ ÖYRƏNİLMƏSİ VƏ TƏTBİQ EDİLMƏSİ”NƏ DAİR TƏLİMLƏR DAVAM EDİR
19 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Tədris departamentinin Tədrisin təşkili və idarə olunması sektorunun təşkilatçılığı ilə “Normativ sənədlər bazasının öyrənilməsi və tətbiq edilməsi” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə universitetin professor-müəllim və tədris-köməkçi heyəti iştirak edib. Tədbir zamanı Ali Təhsildə Keyfiyyət Təminatı və Akkreditasiya Standartlarına uyğun sənədlər haqqında ətraflı məlumat verilib, eləcə də universitetdaxili normativ sənədlər əyani şəkildə təqdim olunub.
Mövzu ətrafında geniş müzakirələr aparılıb, təqdim olunan sənədlər təhlil edilib və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Təlimin sonunda iştirakçılar üçün praktik tapşırıq yerinə yetirilib.
Bu təlimlər ali təhsildə idarəetmə və keyfiyyətin təminatı baxımından mühüm bilik və bacarıqların aşılanmasına xidmət edir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti



