Novruz bayramı təcrübəçi tələbələr tərəfindən qeyd olundu

Gəncə Dövlət Univesitetinin Pedaqoji Fakültəsinin Musiqi müəllimliyi ixtisası üzrə IV kurs təcrübəçi tələbələri Azərbaycan xalqının milli bayramı “Novruz bayramı” münasibətilə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə musiqili əyləncəli tədbir təşkil etmişdir. Novruz bayramı insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmışdır. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş edir. Orta məktəbdə Musiqi fənlər kafedrsının müəllimlərinin və təcrübəçi tələbələrinin kiçik yaşlı şagirdlərlə birgə təşkil etdiyi əyləncəli Novruza aid şən mahnılar və səhnəciklər onların xatirələrində daim yaşayacaqlar.

Tədbir professor-müəllim heyəti və təcrübəçi tələbələr tərəfindən yüksək səviyyədə qiymətləndirildi.

Gəncə Dövlət Universiteti ilə İsmət Qayıbov adına 1 nömrəli orta məktəb arasında uzunmüddətli elmi, pedaqoji və ictimai xarakterli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.