Novruz bayramınız mübarək olsun!

Novruz bayramı Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur.  

    Təbiətin oyanış fəsli, yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də xalqımız tərəfindən sevilir və uca tutulur.

      Novruz bayramı münasibətilə Gəncə Dövlət Universitetinin kollektivi və tələbələrinin timsalında bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, cansağlığı və səadət arzulayırıq!


Novruz bayramınız mübarək olsun!

Rektorluq