GDU-nun Fizika və texniki fənlər fakültəsində Novruz bayramı münasibəti ilə tədbir keçirilib

     Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsində  Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

    Universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva çıxış edərək universitet rəhbərliyi adından Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, Novruzun milli-mənəvi dəyərlərimiz və adətlərimizin qorunub saxlanmasında  özünəməxsus xüsussiyyətlərindən danışıb. Prorektor qeyd edib ki, Novruz bayramı zamanın sınaqlarından çıxan milli bayramlarımızdandır.

     Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxış edərək Novruz  bayramının tarixi və ənənələri haqqında danışıb.

    Tədbirin bədii hissəsində  fakültənin tələbələri tərəfindən Novruza, baharın gəlişinə aid şeirlər səsləndirilib, xalq mahnıları ifa edilib.

   Novruz bayramına aid qədim adətləri özündə əks etdirən səhnəciyin nümayişi və milli rəqslər tədbiri daha da maraqlı edib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti