ölkəmiz enerji sektorunda regionun aparıcı dövlətlərindən birinə çevrilib
Energetika sahəsində əldə olunan uğurlar son illər ölkənin bu strateji sektorun inkişafı üçün son dərəcə əlverişli və cəlbedici mühit formalaşdırdığını deməyə əsas verir. Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi enerji təhlükəsizliyinin təmin olunması, ixrac potensialının genişləndirilməsi və dayanıqlı inkişaf məqsədləri müəyyən olunub.
Azərbaycan energetika sahəsinə investisiyaların cəlb edilməsi və real, müasir infrastrukturun qurulması istiqamətində güclü, uzunmüddətli strategiyaya malikdir. Dövlət tərəfindən yaradılan hüquqi baza, investorlara verilən təminatlar, şəffaf və sabit biznes mühiti xarici investorların Azərbaycana marağını əhəmiyyətli dərəcədə artırıb. Səudiyyə Ərəbistanının aparıcı enerji şirkətlərindən biri olan “ACWA Power” tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası xüsusi əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanın bərpaolunan enerji strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, ölkənin enerji balansında yaşıl enerjinin payını artıracaq. Külək elektrik stansiyasının istismara verilməsi nəticəsində minlərlə ton karbon qazı emissiyasının azalacağı, ətraf mühitin qorunmasına və iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfə veriləcəyi gözlənilir. “Xızı-Abşeron” Külək Elektrik Stansiyası, eyni zamanda, Azərbaycanın bu sahədə sadiq, etibarlı və böyük potensiala malik tərəfdaş olduğunu bir daha sübut edir. Bu cür irimiqyaslı layihələrin uğurla icra edilməsi gələcəkdə yeni əməkdaşlıqların formalaşmasına və mövcud tərəfdaşlıqların uzunömürlü olmasına zəmin yaradır. Bu layihə ölkənin su təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması içməli və texniki suya olan tələbatın ödənilməsinə, eyni zamanda, kənd təsərrüfatı və sənaye sektorlarının davamlı inkişafına töhfə verəcək. Layihə müasir texnologiyaların tətbiqi ilə həyata keçiriləcək və ekoloji tarazlığın qorunması əsas prioritetlərdən biri olacaq.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


