Ombudsman fəaliyyəti müzakirə olundu

Gəncə Dövlət Universiteti “Erasmus+” proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (AESOP: Advocacy Establishment for Students through Ombudsman Position) layihəsində tərəfdaş qismində fəaliyyətini davam etdirir. Layihənin iş planına əsasən universitet üzrə işçi qrupu yeni təyin olunan tələbə ombudsmanı Rəşad İsgəndərova və bir sıra əməkdaşlara beynəlxalq təcrübədə ombudsman fəaliyyəti, prinsipləri və öhdəlikləri müzakirə olundu. Təlimin keçirilməsində əsas məqsəd tələbələr işin təşkili, ombudsman siyasətinin Gəncə Dövlət Universitetində öyrəndilməsi və təbliğ olunması idi.