Ombudsman siyasətinin GDU-da təbliğ olunması

Gəncə Dövlət Universiteti “Erasmus+” proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (AESOP: Advocacy Establishment for Students through Ombudsman Position) layihəsində tərəfdaş qismində fəaliyyətini davam etdirir. 10 aprel 2019-cu il tarixdə Universitet üzrə yeni təyin olunan tələbə ombudsmanı Rəşad İsgəndərov və adıgedən layihənin işçi qrupunun üzvləri tələbələrlə görüş keçirdilər. Görüşün əsas məqsədi tələbə ombudsmanının fəaliyyəti və qarşıda duran öhdəlikləri barədə məlumat vermək idi. Bununla yanaşı tələbələrin Ombudsmana müraciət mexanizmləri, təkliflər və bu sahə üzrə qarşıda duran məsələlərlə debat şəklində müzakirə olundu.